İraq, Rusiya və Qazaxıstan OPEC-ə artıq neft hasilatına görə iyunun sonuna qədər yenilənmiş kompensasiya cədvəlini təqdim etməyə söz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "OPEC+" nazirlərinin görüşünün yekunları üzrə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Cədvəlin təqdim edilməsi üçün son tarix iyunun sonuna kimi müəyyən edilib.

 

Gözəl Həşimova