Abşeron rayonunda yerləşən Qobu Sement və Beton Qarışıqlar Zavodu satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, zavod ümumilikdə ona aid 3 hektar torpaq sahəsinin içərisində inşa olunub. 

Müəssisə bir saat ərzində 15 ton 300 marka, 13 ton 400 marka və 12 ton 500 marka sement istehsal edən gücə malikdir.

Qobu Sement və Beton Qarışıqlar Zavodu bütün avadanlıqları ilə birlikdə 4 250 000 manata təklif olunur.

Qeyd edək ki, zavod bir müddətdir fəaliyyət göstərmir. Onun sahibinin kimliyi isə açıqlanmayıb.