Tanınmış alim, memarlıq üzrə fəlsəfə doktoru Şənər Rzayev vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şənər Niyazi oğlu Rzayev 1952-ci ildə anadan olub. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi. 

Tanınmış alim həmçinin aktyor və ssenarist Fərid və Orxan Rzayev qardaşlarının atasıdır.