Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

İqtisadiyyat.az xəbər evrir ki, bu barədə AMB-dən məlumat yayıb.

Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6% azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.