Mərkəzi Seçki Komissiyası (MSK) seçici siyahılarının çapı ilə əlaqədar perforasiyalı kağız və kartriclərin satın alınması ilə bağlı tender elan edib.

İqtisadiyyat.az xəbər verir ki, tender üzrə təkliflərin son təqdim olunma tarixi iyunun 26-dək davam edəcək.

Elə həmin günü də zərflər açılacaq və müsabiqənin qalibi müəyyənləşəcək.

Tenderdə perforasiyalı kağızdan 430 bağlama, kartricdən isə 395 ədəd alınması nəzərdə tutulub. 

Məhsulların qalib olan şirkət tərəfindən hazırlanaraq 7 iş günü ərzində komissiyaya çatdırılması əsas şərt kimi irəli sürülüb.

MSK sözügedən məhsulların satın alınmasının 534 000 manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinə yekun vurulub.