Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib.

“Liv Bonadea Arena”da baş tutan görüşdə "Qarabağ" "Zirə"ni 2-1 hesabı ilə məğlub edib.

“Qarabağ” buna qədər 7 dəfə kuboku qazanıb. “Zirə”nin isə titulu yoxdur.

Azərbaycan Kuboku, Final

2 iyun

20:00 Qarabağ – Zirə 2:1

Qollar: Olaviyo Juninyo, 42, Abdullah Zubir, 62 – İsmayıl İbrahimli, 57

“Liv Bona Dea Arena”

Baş hakim: Rəvan Həmzəzadə