"Türkiyə Mərkəzi Bankı sərt pul siyasətini davam etdirəcək ki, bu da türk lirəsinin real dəyərini artıracaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Fatih Karahan bildirib.

Onun sözlərinə görə, pul siyasətinin daha da sərtləşdirilməsi bank sektoru üçün faydalı olacaq:

"Sıx pul siyasətimiz davam edəcək. Və biz türk lirəsinin real dəyərinin güclənməsini gözləyirik. İyun ayından etibarən ümumi inflyasiya dərəcələrində ciddi eniş gözləyirik. Yüksək inflyasiyaya baxmayaraq, bank sektoru gəlirliliyini qoruya bilir. Hazırda türk lirəsi əmanətlərində ciddi artım müşahidə edirik. İnflyasiya azalmağa başlayanda bank sektoru iqtisadiyyatın qazanc əldə edəcək sektorları arasında olacaq".

 

Gözəl Həşimova