Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ixracatı rəqabətli spot qiymətlər hesabına birinci rübdə 4,3% artaraq təxminən 107,3 ​​milyon tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ərəb Ölkələri Təşkilatı məlumat yayıb.

Dünyanın ən böyük LNG ixracatçıları ABŞ, Avstraliya və Qətər ümumi ixracatın 60,57 faizini reallaşdırıb.

Birinci rübdə ABŞ-nin LNG ixracı 11,5 faiz artaraq 23,2 milyon tona, Qətərin ixracı 3,5 faiz artaraq 20,9 milyon tona, Avstraliyanın ixracı isə 3 faiz artaraq 20,9 milyon tona çatıb.

 

Gözəl Həşimova