"OPEC+" ölkələri bu ilin oktyabrından başlayaraq neft hasilatının könüllü azaldılmasını qismən və mərhələli şəkildə bərpa etmək qərarına gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Ər-Riyadda keçirilən "OPEC+" toplantısında Əlcəzair, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qazaxıstan, Rusiya və Oman nümayəndələri iştirak ediblər.

 

Gözəl Həşimova