“AzerGold” QSC kəşfiyyat buruq-qazma, geotexniki (hidrogeoloji və mühəndisi geoloji) və geofiziki tədqiqatların aparılması, laborator təhlili və ilkin istismar layihələrinin hazırlanmasına dair xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Blasto" QSC-dir.

Qalib şirkətə 18,995 milyon manat ödəniləcək.