Hərbi əməliyyatlara dəstək kampaniyasında “Azərenerji” ASC də iştirak edib.

Belə ki, “Azərenerji” ASC-nin rəhbərliyi və məsul vəzifələrdə çalışan şəxslər bir aylıq məvaciblərini Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. 

Səhmdar cəmiyyətin 103 əməkdaşı səfərbər olaraq döyüşlərə qoşulub, həmçinin, cəbhəyə yardım karvanı aparılıb.

Eyni zamanda cəbhə bölgəsində gedən döyüşlərdə baş verən qəzaların aradan qaldırılmasında da ASC imkanlarını səfərbər edib.