Daxili İşlər Nazirliyi “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya start verib.

Rubrikanın ilk qonağı polis baş leytenantı Ədilə Qurbanova olub. 

Ə.Qurbanova Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşıdır. 

O, iki dəfə karate dünya kubokunu başı üzərinə qaldırıb. Səkkizqat respublika çempionu, pauerliftinq üzrə Avropa və üçqat respublika çempionudur.

Daha ətraflı videosüjetdə: