Dağıstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“COVID-19-a bir yoluxma halı təsdiqlənib. Koronavirus Dağıstan Xalq Məclisinin deputatı Timur Qusayevdə tapılıb.

Şübhəlilər əsasən xaricdən gələnlərdir. Qusayev isə çox güman ki, ölkənin regionlarından gələnlərlə əlaqədə olub”, - deyə nəşrə danışan mənbə bildirib.