Azərbaycanın bu ilin yanvar-iyul aylarında MDB ölkələrinə ixracı 946,4 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,1 milyon dollar azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal 2,8 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 623,1 milyon dollar və ya 28,6% çoxdur.

Cari ilin yanvar-iyul aylarında Azərbaycan bu MDB ölkələri ilə ticarət aparıb:

 

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

192,6 milyon dollar

Qazaxıstan

237,9 milyon dollar

Qırğızıstan

21,6 milyon dollar

Moldova

6,3 milyon dollar

Özbəkistan

92,4 milyon dollar

Rusiya

2,4 milyard dollar

Tacikistan

2,3 milyon dollar

Türkmənistan

568 milyon dollar

Ukrayna

179,8 milyon dollar

 

Gözəl Həşimova