Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 331 min dollar (14,2%), miqdar baxımından isə 45,6 ton (12,9%) azdır.

Eyni zamanda, Azərbaycan 3 ay ərzində 9 milyon 986 min dollar dəyərində 2,7 min ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından 1 milyon 871 min dollar (15,8%), həcm baxımından isə 366 ton (11,9%) azdır.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,32%-ni təşkil edib. İdxal ixracı 8,75 dəfə üstələyib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 milyard 484,55 milyon dolları ixracın, 3 milyard 135,58 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.