2019-cu ildə Azərbaycandan təzə gilas və albalı ixracı 13,7% artaraq 26 min 515 ton təşkil edib. Bu barədə hökumətdən məlumat verilir.

Bu məhsulun satışından gəlir 42 milyon 200 min dollar təşkil edib (аrtım 11%).

İxracın bütün həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il Rusiyaya 42 milyon 69 min dollar (аrtım 10,9%) məbləğində 26 min 413  ton təzə gilas və albalı ixrac olunub (artım 13,3%). 2019-cu il ərzində Azərbaycandan gilas və albalı ixracının 99,6%-i Rusiyanın payına düşüb.

2018-ci ildə Azərbaycandan 37 milyon 988 min dollar məbləğində 23 min 320 ton gilas və albalı ixrac edilmişdi.  Bu məhsulun əsas ixracı Rusiyanın paylna düşmüşdü. Belə ki, Rusiyaya 37 milyon 919 min dollar məbləğində 23 min 274 ton gilas və albalı ixrac olunmuşdu.(Fins.az)