Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. Fins.az məlumatına görə, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər. Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Ötən il xalqımız Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyini qeyd edib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlətimizin başçısının Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.
![](https://iqtisadiyyat.az/userfiles/files/iqtisadiyyat_az.png.pagespeed.ce.xUp7-E0vR1.png)
Xəbər lenti
Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
29 İyul,22:19
SOCAR-la əməkdaşlıq edən Koreya şirkəti Azərbaycan bazarını tərk edir
29 İyul,22:12
Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlandı
29 İyul,22:04
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər
29 İyul,21:56
AMB-nin yaratdığı bu Mərkəz adını dəyişdi
29 İyul,21:42
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlandı
29 İyul,21:39
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi
29 İyul,21:33
Azərbaycanın tütün şirkətinin səhmdarları təcili toplanacaq
29 İyul,21:26
Muxtar Babayev Yaponiya səfiri ilə COP29-a hazırlığı müzakirə etdi
29 İyul,21:14
Paris-2024: Hidayət Heydərov olimpiya çempionu oldu
29 İyul,21:12
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
29 İyul,21:00
Böyük Qayıdış Proqramı üçün ayrılan vəsait 5 milyardı ötəcək
29 İyul,20:43
Bakıda 11 avtobus marşrutu müsabiqəyə çıxarılır
29 İyul,20:29
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin qəbulu başa çatır
29 İyul,20:17
Türkiyə ordusu daha 7 terrorçunu zərərsizləşdirib
29 İyul,20:05
Ceyhun Bayramov BMT-nin regional direktoru ilə görüşdü
29 İyul,19:51
Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını artırdı
29 İyul,19:42
Azərbaycan hökuməti builki inflyasiya ilə bağlı proqnozlarını yenilədi
29 İyul,19:37
“Koroğlu” metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıldı
29 İyul,19:30
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəldi
29 İyul,19:25
Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisəsi yaradacaq
29 İyul,19:16
Almaniyada kimya zavodunda partlayış olub: xəsarət alanlar var
29 İyul,19:05
DSX yayılmış videogörüntü ilə bağlı araşdırma aparıb
29 İyul,18:51
Rza Xudiyev vəzifədən azad edilib
29 İyul,18:35
Azərbaycanın şəkər idxalına çəkdiyi xərc artıb
29 İyul,18:23
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini artırıb
29 İyul,18:11
Bakıda məktəb yaxınlığında yanğın olub
29 İyul,17:58
“Sıfır tullantı” həmrəylik marafonuna start verildi
29 İyul,17:45
Azərbaycan Bolqarıstan ilə ticarətini 50%-dək artırıb
29 İyul,17:37
Bitkoinin qiyməti son 1 ayda ilk dəfə 70 min dolları ötdü
29 İyul,17:26
Alkoqol istehsalına görə bu ölkədə şəkərin qiyməti artacaq
29 İyul,17:18
Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir
29 İyul,17:10
Leysan yağıb, bəzi bölgələrdə duman müşahidə edilir - FAKTİKİ HAVA
29 İyul,17:03
Ağdərənin Umudlu kəndinə yeni elektrik xətti çəkiləcək
29 İyul,16:58
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
29 İyul,16:57
"McDonald's" xalis mənfəətini 12% azaldıb
29 İyul,16:52
Azərbaycan BMT ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını müzakirə edib
29 İyul,16:39
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil verilib
29 İyul,16:31
OPEC: "Neft enerjinin inkişafında ən mühüm komponent olaraq qalacaq"
29 İyul,16:28
Qarabağ Universitetinə prorektorlar təyin olunub
29 İyul,16:20
Çox oxunanlar
Ağadadaş Ağayevlə bağlı baş verən insidentin anbaan görüntüləri - VİDEO
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
Ağadadaş Ağayev xadiməyə balta ilə niyə xəsarət yetirib? - TƏFƏRRÜAT - YENİLƏNİB-2
Cəmiyyətin boşanma problemi: ailələr niyə dağılır?
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA
Aksiz dərəcələri artırıldı: Azərbaycanda siqaret bahalaşacaq?
ÇL: "Qarabağ" səfərdə "Linkoln"u məğlub etdi
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
Xırdalandakı “Kristal Abşeron”u niyə üfunət bürüyüb? - AÇIQLAMA - FOTO
Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - FOTO
"MedEra Hospital"ın Ağadadaş Ağayevi döyən müfahizəçisi saxlanıldı
“AzInTelekom” milyonluq tenderi “sevimli şirkət”inə verdi
Natiq Əmirova ağır itki üz verib
KL: "Sumqayıt" "Fehervar"a məğlub oldu
Azərbaycanda metro və avtobuslardan istifadə artıb - CƏDVƏL
Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Taxıl biçini yekunlaşır, buğda məhsuldarlığı aşağı düşüb: bahalaşma olacaq?
Azərbaycanda un ucuzlaşıb - RƏSMİ
Azərbaycanda icra başçısına ağır İTKİ
"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibləri bilindi
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
VK-nın Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz yaralanıb
Azərbaycanda ilk dəfə abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb
Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib - FOTO
Bu il dünyada ən yüksək maaş alan liderlər - SİYAHI
"G7" ölkələrinin borcu nə qədərdir? - SİYAHI
"Coca-Cola"nın qazancı 5% azaldı
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb
Banklar problemli kreditləri necə azaldıb? - AÇIQLAMA
Vəkillər Kollegiyasının 3 üzvü IV “Yüksəliş" müsabiqəsinin qalibi olub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi
“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - FOTO
“Azercell” rouminq xidmətini bahalaşdırdı: bir meqabayt 6 manat oldu - SİYAHI
Ermənistana məxsus PUA Tovuzdakı mövqelərimiz üzərində kəşfiyyat uçuşuna cəhd göstərib
Polkovnik Həziyev həbs olundu