Azərbaycan ərazisinə tədavüldə olan pul nişanlarından bəziləri qızıl və gümüş kimi qiymətli metalardan hazırlanır. Yeniavaz.com xəbər verir ki, bunlar yubiley və xatirə pul nişanlarıdır və digər pul nişanları ilə bərabər qanuni ödəniş vastəsi hesab olunur.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankı tərəfindən mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələr və s. mövzulara həsr olunan yubiley və xatirə pul nişanları tədavülə buraxılır.

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında "Elektron müraciətlər Sistemi"nə daxil olaraq (link: https://contact.e-cbar.az/) sifariş edə bilərlər.
Yubiley və xatirə pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, 27 may tarixinə olan məlumata görə satışda olan yubiley və xatirə pul nişanları və onların satış qiymətləri bu cür olub:

Yubiley və xatirə
pul nişanları
Metalı Çəkisi
(1 unsiya=31,1 qr)
Satış qiyməti
(manatla)
Heydər Əliyev 95 il qızıl 1 unsiya 2500
Məhəmməd Füzuli 500 il parlaq gümüş 28.28 qr 37.86
Məhəmməd Füzuli 500 il tutqun gümüş 28.28 qr 52.86
Naxçıvan MR 85 il gümüş 1 unsiya 98.86
Milli Mətbuat 135 il gümüş 1 unsiya 111.86
Dövlət Müstəqilliyi 20 il qızıl 1 unsiya 2500
Mərkəzi Bank 20 il gümüş 1 unsiya 85.86
Naxçıvan MR 90 il qızıl 1 unsiya 2500
Bakı Tiflis Qars gümüş 1 unsiya 84.86
Əsrin müqaviləsi 20 il qızıl 1 unsiya 2500
Əsrin müqaviləsi 20 il gümüş 1 unsiya 84.86
Azərspace gümüş 1 unsiya 84.86
TANAP gümüş 1 unsiya 84.86
AXC 100 il qızıl 3/4 unsiya 2100
AXC 100 il qızıl 1/2 unsiya 1500
AXC 100 il (dəst) qızıl 2.25 unsiya 6000
Avropa oyunları (güləş, oxatma, suya tullanma, gimnastika, kanoe) gümüş 1 unsiya 84.86
Avropa oyunları (güləş, oxatma, suya tullanma, gimnastika, kanoe) kupronikel 28.28 qr 22