Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bank şöbələrinin sayı 129 olub.

İqtisadiyyat.Az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Hesabata əsasən, bu, mayın 1-i ilə müqayisədə 1 vahid və ya 0,8% çox, ötən ilin eyni dövrünə nisbətən isə 14 vahid və yaxud 9,8% azdır.