Bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 165 811 ABŞ dolları təşkil edən məhsul idxal olunub. İdxal olunan məhsulların 18,52%-ni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, adları qeyd edilən bu məhsulların ümumi dəyəri 401 min dollardan çox olub. İdxal olunan məhsulların 11,34%-i isə yeyinti məhsulları təşkil edib. Hesabat dövründə Azərbaycandan ən çox ixrac olunan məhsul isə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub. Bu məhsullar ixracın 82,61-ni təşkil edib. Ümumi dəyəri isə 2 603 955 dollar olub. Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin analoji dövrünə nisbətən 58%, dəyəri isə 42,5%-dən çox olub.