2019-cu ilin yanvar-avqust aylarında Ukrayna 77,7 mln. dollar məbləğində 214,98 min ton qənd ixrac edib.

Bu barədə Dövlət Fiskal Xidməti məlumat verir.

“Xidmətin məlumatına əsasən, 2019-cu ilin 8 ayı ərzində Ukrayna qəndinin fəal alıcıları Gürcüstan (4,69 mln. dollar məbləğində, Ukraynanın qənd ixracının ümumi həcmində payı 6,04%), Azərbaycan (4,69 mln. dollar məbləğində, 24,82% pay ilə) olub”, - Ukrayna mətbuatı Xidmətin məlumatına istinad edir.