Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 12,7 mln ABŞ dolları dəyərində 7,7 min ton süd idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,4 mln ABŞ dolları (23,17%) və 1 383 ton (22%) çoxdur.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0,16%-ni təşkil edib.