Rusiya bu ilin birinci yarısında $340 milyon dəyərində şokolad ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

Bu barədə “Rosselxozbank”ın məlumatında deyilir.

Rusiya şokoladlarının əsas istehlakçıları Qazaxıstan, Belarus, Özbəkistan, Azərbaycan və Çin, dondurmanın - ABŞ və Qazaxıstan, şirələrin - Qazaxıstan, Belarus və Ukrayna, cem, jele və marmeladların isə Qazaxıstan və Belarus olub.