"Rusiyanın Sverdlovsk vilayətinin Kalinin adına zavodu ilə Azərbaycanda birgə istehsalın yaradılması mümkün ola bilər".

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Azərbaycanda qaldırıcı avadanlıq və kranların istehsalı təşkil edilsin: "Artıq bu barədə danışıqlar aparılacaq".

Nazir qeyd edib ki, Azərbaycanın aparıcı şirkətləri buna çox böyük maraq göstərirlər: “Bu gün və sabah keçiriləcək görüşlərdə bu müzakirələr