Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 780,7 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,5% çoxdur.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə ölkədə 2 870,1 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,4% artıb.

Metal filizlərinin hasilatı:

Məhsul növləri

2019-cu ilin yanvar-sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

1 483,1

140

Qiymətli metal filizləri və konsentratları, kq

5 650,8

115,1

o cümlədən:

qızıl

2 780,7

108,5

gümüş

2 870,1

122,4