"Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının ixracın genişlənməsi məqsədi ilə növbəti ixrac missiyası 12-16 aprel tarixlərində Qətərin Doha şəhərinə təşkil olunacaq.

Bu barədə İqtisadiyyat.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilir.

İxrac missiyasına qida, tekstil, turizm və tikinti məhsullarının istehsalı sahəsində  fəaliyyət göstərən 25 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində ixraca dair müzakirələr aparılacaq, Azərbaycan şirkətləri Qətərin iri market şəbəkələri ilə tanış olacaqlar.

2018-ci ildə Azərbaycan 10 ölkəyə 11 ixrac missiyası təşkil edib. Ümumilikdə, "Made in Azerbaijan" brendinin təşviqi üzrə indiyədək 25 ixrac missiyası həyata keçirilib.