Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 425,389 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə artıb.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub.