Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xaricə qaz satışı 7,7 mlrd kubmetr təşkil edib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə16,7% çoxdur.

Hesabat dövründə Türkiyəyə ixrac edilən qazın həcmi 6,3 mlrd kubmetr, Gürcüstana ixrac edilən qazın həcmi 1,4mlrd kubmetr olub. 

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.report