Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısı başa çatıb. 18 turdan sonra ən yaxşı ev və səfər komandaları müəyyənləşib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, mövsümün ilk yarısında ən yaxşı ev komandası "Qarabağ" olub. Öz meydanında 9 matçdan 8-ni qələbə, 1-ni isə bərabərliklə tamamlayan "atlılar" bu göstəricidə birincidirlər. Rəqib qapılarına 24 top vuran Ağdam təmsilçisi 7 top isə öz qapılarında görüblər.

İkinci pilləni Masazır təmsilçisi tutur. Evdə məğlub olmayan "Sabah" klubu 9 matçda 6 dəfə qələbəyə sevinib, 3 dəfə də bərabərlik alan klub 21 xal toplamağı bacarıb. Top fərqi isə müsbət 13-dür.

Öz meydanında ən pis göstərici "Turan Tovuz", "Səbail" və "Şamaxı" klublarındadır. Hər üç klub doğma meydanda 7 xal toplaya biliblər. Top fərqində isə "Turan Tovuz" klubu ən sonuncudur.

Səfərdə ən çox xal toplayan komanda da "Qarabağ"dır. Səfərdə də 25 xal toplayan komanda qapısında cəmi 1 top görüb.

Rəqib meydanında ən çox xal toplayan ikinci komanda isə "Sabah"dır. 7 qələbə, 1 bərabərliyi olan komanda cəmi bir məğlubiyyət yaşayıb. Ümumilikdə isə səfərdə 22 xal toplayıb.

Rəqib meydanında ən pis göstərici isə "Səbail" klubuna məxsusdur. Səfərdə qələbəsi olmayan komanda 3 bərabərlik və 6 məğlubiyyətlə sonuncu pillədədir.

Komandaların Ev və Səfər oyunlarındakı statistikası aşağıdakı kimidir:

 

Öz meydanında

1. Qarabağ 9 8Q 1B 0M 24:7 +17 25

2. Sabah 9 6Q 3B 0M 17:4 +13 21

3. Neftçi 9 6Q 1B 2M 20:11 +9 19

4. Qəbələ 9 4Q 2B 3M 9:8 +1 14

5. Zirə 9 4Q 2B 3M 10:17 -7 14

6. Kəpəz 9 2Q 2B 5M 8:12 -4 8

7. Sumqayıt 9 1Q 5B 3M 6:14 -8 8

8. Şamaxı 9 1Q 4B 4M 7:12 -5 7

9. Səbail 9 2Q 1B 6M 7:13 -6 7

10. Turan 9 2Q 1B 6M 7:14 -7 8

 

Rəqib meydanında

1. Qarabağ 9 8Q 1B 0M 24:1 +23 25

2. Sabah 9 7Q 1B 1M 23:9 +14 22

3. Neftçi 9 6Q 1B 2M 15:8 +9 19

4. Zirə 9 4Q 2B 3M 10:7 +3 14

5. Qəbələ 9 3Q 2B 4M 11:10 +1 11

6.Turan 9 2Q 4B 3M 4:8 -4 10

7. Şamaxı 9 1Q 3B 5M 7:16 -9 6

8. Sumqayıt 9 1Q 1B 7M 4:16 -12 4

9. Kəpəz 9 0Q 4B 5M 8:23 -15 4

10.Səbail 9 0Q 3B 6M 6:17 -11 3