Bu ilin yeddi ayında Azərbaycandan 16,9mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, bu 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4  mln ton, yəni 7,6% azdır. 

Neft-kondensatın 16,2 mln tonu konsorsium, 0,7 mln tonu isə SOCAR üzrə ixraca nəql edilib. Report