Azərbaycan Premyer Liqasında çıxış edən klublar komandaları haqqında məlumatları sosial media hesablarından və saytlarından paylaşırlar.

İqtisadiyyat.az xəbər verir ki, klublarımızın sosial media və saytlarının vəziyyəti aşağıdakı kimidir:

"Qarabağ" - Ağdamı təmsil edən "atlılar"ın internet saytında klub və komanda haqqında məlumat əldə etmək mümkündür. İnstaqramda 383000 izləyici olan "Qarabağ"ı feysbuk şəbəkəsində 198000 nəfər izləyir. Tviter hesabında 26382 izləyicisi olan klub sosial mediaya yetərincə diqqət ayırır.

"Sabah" - Bakı şəhərində məskunlaşan klubun rəsmi internet saytında komandadan göndərilən futbolçuların adı siyahıdan çıxarılmayıb. İnstaqramda 20700, Feysbukda isə 34000 izləyicisi olan Masazır təmsilçinin Tviter hesabı aktiv deyil.

"Neftçi" - "Ağ-qaralar"ın rəsmi internet saytı yaxşı vəziyyətdədir. İnstaqramda 100000, Feysbukda 171000, Tviterdə isə 7881 nəfər izləyicisi var.

"Zirə" - Zirə qəsəbəsini təmsil edən klubun internet saytı təmirdədir. Tviterdə 152 izləyicisi olan klubu İnstaqramda 21700, Feysbukda isə 10760 nəfər izləyir.

"Qəbələ" - Qəbələ şəhərinin təmsilçisinin internet saytı yaxşı vəziyyətdədir. "Qırmızı-qaralar"ın İnstaqramda 31500, Feysbukda isə 115000 izləyicisi olan "Qəbələ"ni Tviterdə 2471 nəfər izləyir.

"Sumqayıt" - Sumqayıt şəhərində məskunlaşan klubun internet saytı işlək vəziyyətdədir. İnstaqramda 18500, Feysbukda 12500 , Tviterdə isə 969 nəfər izləyir.

"Səbail" - klubun internet saytı yoxdur. İnstaqramda 18300, Feysbukda 33000 izləyici olan klubun Tviter hesabı yoxdur.

"Şamaxı" - klubun internet saytı yoxdur. İnstaqramda 9250, Feysbukda 12000 izləyicisi var. Tviter hesabı aktiv deyil.

"Kəpəz" - Gəncə şəhərini təmsil edən klubun internet saytı yoxdur. Feysbukda 5800, İnstaqramda isə 14200 izləyicisi olan klubun Tviter hesabı aktiv deyil.

"Turan Tovuz" - Tovuz şəhər təmsilçisinin inter saytı yoxdur. Feysbukda 8000, İnstaqramda 2960 izləyici olan klubun Tviter hesabı aktiv deyil.

Beləliklə klublarımızın sosial media hesabları ürəkaçan vəziyyətdə deyil.