Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təsərrüfatlarında 950,5 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,1% artıb.

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin doqquz ayı ilə müqayisədə 6,4% artaraq 1 536,0 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında 55 hektar sahədə kartof, 64,7 hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 1,1 çox və 3,3% azdır.