2019-cu ilin yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul istehsal edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə(DSK) istinadən xəbər verir.

ÜDM istehsalının 46% sənayenin, 10,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5%-i tikintinin, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 16,4%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.