Bu ilin yanvar-iyun aylarında Azərbaycan 25 milyon ABŞ dolları dəyərində 36,4 min ton düyü idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 milyon ABŞ dolları (26,9%) və 12,4 min ton (51,6%) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.report