Azərbaycan bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 6,6 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,9% çoxdur.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 17,86 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artım qeydə alınıb. 

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 36,9%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.