2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 78  milyon 389,35 min ABŞ dolları dəyərində 358 565 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, bu yarımildə idxal edilən buğdanın məbləği ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8% və ya 51 milyon 771 min azalıb. Həmçinin idxal edilən buğdanın həcmi 37,8% və ya 217 924 ton azalıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 0,29% azalaraq  1,57% təşkil edib.FED.az