İstanbuldakı Ayasofya məscidini ziyarət etmək xarici turistlər üçün 25 avro olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, ziyarətçilər üçün 23 dildə audio bələdçi hazırlanıb və onu mobil cihazlara yükləmək olar.

Türkiyə vətəndaşları və Ayasofyaya ibadət məqsədi ilə gələnlər üçün giriş pulsuz olacaq. Bildirilib ki, məscidə ziyarət üçün yeni sistemin tətbiqi girişdə növbələrin aradan qaldırılmasına, eləcə də onun bərpası istiqamətində sistemli şəkildə genişmiqyaslı işlərin aparılmasına imkan verəcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin iyul ayında Ayasofyanın məscidə çevrilməsi və burada dini ibadətlərin bərpası ilə bağlı fərman imzalayıb.

 

Əli Ağayev