Hollandiya Erdevizdə çıxış edən "Ayaks" transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, "Ayaks" Fransanın "Marsel" klubunun argentinalı müdafiəçisi Leonardo Balerdini heyətində görmək istəyir. Klub ilkin təklif olaraq qarşı tərəfə 20 milyon avro təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, futbolçu qərarsız olduğuna görə onun üçün də xüsusi müqavilə hazırlayıblar.