“Şənbə-bazar günləri şəhərlərarası ictimai nəqliyyatla bağlı məsələyə gəlincə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən əvvəlcə verilmiş qərara dəyişiklik edilməyib”.

Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 

Onun sözlərinə görə, ölkə daxilində ictimai nəqliyyatın hərəkəti necə tənzimlənirsə, şəhərlərarası da o cür tənzimlənəcək və məhdudiyyət davam edəcək:

“Mayın 31-nə qədər yeni qərar olarsa, sərnişinləri məlumatlandıracağıq”.