Avstriya hökuməti enerji resurslarının qıtlığı və onların qiymətlərinin yüksək olması səbəbindən mümkün bləkauta (elektrik enerjisi verilməsinin kəsilməsinə) intensiv şəkildə hazırlaşır.

Bu barədə Avstriyanın müdafiə naziri Klaudiya Tanner bildirib.

“Yaxın vaxtlarda Avropa İttifaqının bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi ehtimalı çox yüksəkdir. Məsələ bləkautun olub-olmayacağında deyil, məsələ onun nə vaxt olacağındadır. Ukraynadakı müharibə nəticəsində elektrik enerjisinin geniş miqyasda kəsilməsi riski yenidən artıb”, - o söyləyib.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin enerji sistemlərinə haker hücumları hibrid müharibə vasitəsidir.

“Biz bunun sadəcə nəzəriyyə olduğu düşüncəsi yaratmamalıyıq. Biz Avstriyada və ümumilikdə vahid Avropada elektrik enerjisinin kəsilməsinə hazırlaşmalıyıq”, - K.Tanner deyib.