Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqası finalını 40-a yaxın TV şirkəti işıqlandıracaq.

Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib.

Azərbaycandakı finalı 300-dən artıq media qurumu stadiondan işıqlandıracaq. Bunların içərisində yerli və xarici media orqanları var.

Qeyd edək ki, “Arsenal” və “Çelsi” bu gün finalda qarşılaşacaq. Final görüşü saat 23:00-da başlayacaq.