"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.//Report//

***

23:41

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

İqtisadiyyat.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdiriblər - 2:2.

90+2-ci dəqiqədə Patrik Şik fərqlənib.//Report//

***

23:17

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

İqtisadiyyat.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir - 2:1.//Report//

***

22:15

"Qarabağ" bu gün Avropa Liqasında növbəti oyuna çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda "Bayer"i (Leverkuzen) qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

Komandalar arasındakı cavab oyunu martın 14-də Leverkuzendə olacaq.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyun

7 mart

21:45 Qarabağ - Bayer (Leverkuzen, Almaniya)

Baş hakim: Benoit Basten (Fransa)