Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Ukraynadan aldıqları poladı Tayvan və Cənubi Koreya ilə əvəz ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda Türkiyə, Hindistan və Çin də əsas təchizatçılar siyahısında görünüb. Ümumilikdə, Aİ-yə bütün polad ixracının 51 faizi beş ölkənin payına düşür. Assosiasiyanın məlumatına görə, 2022-ci ilin səkkiz ayında Rusiya və Ukraynadan Avropa İttifaqına hazır polad idxalı müvafiq olaraq 59 və 79 faiz azalıb.