Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Autizm Assosiasiyasının nümayəndələri arasında görüş olub.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Məşğulluq Agentlyindən məlumat verilib.

Görüş zamaı agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyəti, aktiv məşğulluq proqramları barədə məlumat verib. Bu proqramların icrasında sosial cəhətdən həssas qruplara aid şəxslərə üstünlük verildiyini vurğulayıb.

Autizm Assosiasiyasının nümayəndəsi tərəfindən autizmli gənclərlə bağlı aparılan işlərə dair təqdimat edilib, Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib.

Autizmli gənclərin əmək bazarına çıxışı, onların məşğulluq xidmətlərinə cəlbi istiqamətində Agentliklə Assosiasiya arasında əməkdaşlıq imkanları müzakirə olunub.