Azərbaycan Dövlət neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında AÇG yatağından 2 657 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) 232 milyon ABŞ dolları gəlir əldə edilib. O cümlədən, hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 166 milyon ABŞ dolları təşkil edib.report