Azərbaycanda maliyyə amnistiyasının tətbiqi gözlənilmir. İqtisadiyyat.Az-ın apa-ya istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"Azərbaycanda maliyyə amnistiyasının elan olunması məsələsi gündəmdə deyil", - deyə E. Rüstəmov qeyd edib.

Qeyd edək ki, maliyyə amnistiyası əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusudur.