2027-2029-cu illərdə altı asteroid Yerə yaxın, lakin təhlükəsiz məsafədə keçəcək.

İqtisadiyyat.Az-ın məlumatına görə, ilk bu cür asteroid "1990 MU" asteroidi olacaq.

Qeyd olunur ki, bu asteroid 2027-ci ildə keçəcək. 6-cı asteroidin 2029-cu ildə keçəcəyi gözlənilir. Məlumata görə, 6 asteroiddən ikisi Yerə Aydan daha yaxın məsafədə keçəcək.

Bununla belə, mütəxəssislər bu səma cisimlərinin Yerə heç bir təhlükə törətməyəcəyini deyirlər.