Moderator.az MedicalXpress-ə istinadən bildirir ki, pendir yemək diabet riskini azaldır. 

Bu barədə Kanadanın Albert Universitetinin alimlərinin apardığı  tədqiqatlar belə bir nəticəyə gəlməyə imkan verib.  

Siçanlar üzərində aparılan təcrübələrin yekununa görə elm adamları aydınlaşdırıblar ki, pendir qanda şəkərin normal səviyyəsini qorumağa kömək edir. Süd məhsulu olan pendir həm də insulinə vərdişi azaldır.

Təcrübə zamanı, tədqiqatçılar siçanları üç qrupa ayırıblar. Bütün siçanlara sala veriblər, lakin yalnız iki qrup müxtəlif yağ tərkibli pendirdən istifadə ediblər.

Hər növ pendir qəbul edən kəmiricilərdə insulin vərdişinin azalması müşahidə edilib.

Alimlərin fikrincə, süd məhsulunun faydalı təsiri pendirdə protein və ya kalsiumun olması ilə bağlı ola bilər.