Cinayətkarların çirkli pulları yumasını çətinləşdirmək üçün Avropa İttifaqı (Aİ) ölkələrində böyük məbləğdə nağd ödənişlər qadağan ediləcək və 10 min avronu keçən nağd ödənişlər mümkün olmayacaq. 

İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Bununlada cinayətkarlar tərəfindən qanunsuz gəlirlərin yuyulması və ya maliyyə sistemi vasitəsilə terror fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan boşluqlar aradan qaldırılacaq.

Nağd ödənişlər Fransada 1000 avroya, İtaliya, Belçika və Portuqaliyada 3 min avroya, Polşada 15 min avroya qədər edilə bilər.

Bu limitlərdən yuxarı ödənişlər üçün bank sistemindən istifadə edilməlidir.

 

Əli Ağayev