Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, 2020-ci ilin məhsulu üçün rayonda 14 min 347 hektar sahədə taxıl becərilib. Ondan 12 min 092 hektarı buğda, 2 min 255 hektarı arpa əkinləridir. Zəmilərdən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8 min 210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

Ağdam rayonunun işğal altında olmayan ərazilərində digər kənd təsərrüfatı məhsullarının istehsalı da davam etdirilir. Belə ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri indiyədək 4 min 105 hektar tərəvəz sahəsinin 1260 hektarında yığım apararaq, 24 min 608 ton məhsul toplayıblar. Hər hektara məhsuldarlıq orta hesabla 195,3 sentner olub. Məhsulun 18 min 422 tonunu baş soğan, 5 min 333 tonunu kartof, 853 tonunu xiyar bitkiləridir. Bununla yanaşı, rayon ərazisində 212 ton meyvə də istehsal olunub.